Hollandiya finalda!

DÇ-2010 7 İyul 2010 / 01:23 3038
-  A +

Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında yarımfinal mərhələsinə start verilir. Qol.Az-ın məlumatına görə, finala vəsiqə uğrunda ilk olaraq meydana Uruqvay və Hollandiya yığmaları çıxıb. Hollandiya bu oyunda qələbə qazanaraq 32 illik fasilədən sonra mundialın finalına vəsiqə qazanıb.

Bu gün daha bir finalçımım adı bəlli olacaq. Həlledici oyuna ikinci vəsiqə uğrunda Almaniya və İspaniya komandaları üz-üzə gələcək.

6 iyul
Yarımfinal


23:30. Uruqvay – Hollandiya - 2:3

Keyp Taun. Qrin Point stadionu
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)

Qollar: Forlan (40), Pereyra (90+2): Van Bronhorst (18), Sneyder (69), Roben (73)


Son xəbərlər