"Beşiktaş"dan ilk transfer

"Beşiktaş"dan ilk transfer
DÜNYA FUTBOLU 3 İyun 2019 / 18:28 6393
-  A +

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın "ntvspor"a istinadən yaydığı məlumata görə, "qara qartallar" Avstriyanın LASK komandasının oyunçusu Doğan Ərdoğanı transfer edib. 22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. İstanbul təmsilçisinin türkiyəli futbolçu üçün Avstriya klubuna 200 min avro ödəyəcəyi də bildirilib. Bu, "ağ-qaralar"ın mövsümlərarası fasilədə ilk transferidir.

Qeyd edək ki, geridə qalan mövsümü icarə əsasında "Yuniors" klubunda keçirən Ərdoğan 19 matçda 1 qol vurub.

Son xəbərlər