"Fənərbaxça"dan "Atletiko"ya - 14 milyonluq transfer

"Fənərbaxça"dan "Atletiko"ya - 14 milyonluq transfer
DÜNYA FUTBOLU 2 İyun 2019 / 12:37 7358
-  A +

"Fənərbaxça"nın yarımmüdafiəçisi Elif Elmas karyerasını İspaniyada davam etdirəcək.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Atletiko" makedoniyalı futbolçunun transferi ilə bağlı "Fənərbaxça" ilə razılığa gəlib. Anlaşmaya görə, Madrid təmsilçisi 19 yaşlı futbolçu üçün türklərə 14 milyon avro təzminat ödəyəcək. Rəsmi açıqlamanın qarşıdakı həftə veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Mançester Siti", "Tottenhem", "İnter" və "Napoli"nin də yaxından maraqlandığı futbolçu "Fənərbaxça"ya 2017-ci ilin yayında "Rabotniçki"dən keçmişdi.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"