Argentina üzərindəki qələbəyə görə hər oyunçuya 100 min avro

Argentina üzərindəki qələbəyə görə hər oyunçuya 100 min avro
DÇ-2010 5 İyul 2010 / 17:23 2409
-  A +

Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının 1/4 finalında Argentina yığmasını darmadağın edən Almaniya millisinin futbolçuları bunun əvəzində büdcələrini xeyli yaxşılaşdırmaq imkanı da qazanıb. Qol.Az-ın məlumatına görə, bundestimin hər bir üzvü 100 min avro mükafat alıb. Bu qərarı Almaniya futbol Birliyi verib. Yığmanın 23 futbolçusu oynayıb-oynamamasından asılı olmayaraq mükafatlandırılıb. Məlumatda o da bildirilir ki, yarımfinalda almanlar İspaniyanı məğlub etsələr hər bir futbolçu 150 min avro mükafat alacaqlar. Yığma çempion olacağı halda isə, mükafat 250 min avro olacaq.
Qeyd edək ki, FİFA-da dünya çempionatında çıxış edən komandalara mükafat ayırıb. Dünya çempionları 20,5 milyon, finalçılar 16,5 milyon, yarımfinalçılar isə 15 milyon avro qazanacaq.


Son xəbərlər