Azərbaycan futbolunun inkişafı istiqamətində növbəti addım

Azərbaycan futbolunun inkişafı istiqamətində növbəti addım
XƏBƏR 5 İyul 2010 / 16:21 2076
-  A +

Bu gün AFFA-nın inzibati binasında futbol təhsilinin inkişafına dair mətbuat konfransı keçirilib. Qol.Az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov ölkə futbolunun inkişafı yolunda daha bir layihə planının hazırlandığını diqqətə çatdırıb.
Planın hazırlanmasında böyük rolu olan almaniyalı mütəxəssis Bernhard Lippert bildirib ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan futbolunu dünya miqyasında tanıtmaq və inkişaf etdirməkdir: “Son vaxtlar bu inkişaf özünü yalnız əldə olunan nəticələrdə deyil, həmçinin gəncləşdirmə siyasətində də göstərir. Biz iki il əvvəl U-13 və U-15 liqasını yaratdıq ki, bu da öz bəhrəsini verməkdədir. Lakin bu liqanı U-8 liqasına qədər uzatsaq daha effektli olar. Ötən illərlə müqayisədə bura cəlb olunan futbolçuların sayı 5 dəfəyə qədər artıb. Bu isə bizi sevindirməyə bilməz. Layihədə ikinci əsas məqsədi məşqçilərin maarifləndirilməsidir. Artıq yerli məşqçilərin yetişdirilməsinə böyük önəm veririk. Lakin bu layihəni Azərbaycanın bütün regionlarında tətbiq etmək istəyirik. Mənə elə gəlir ki, regiondakı məşqşilərin maariflənməsinə həqiqətən də ehtiyac var. Hər regionda bir məşqçi, iki seleksioner işləyəcək ki, onlar da öz növbəsində regionda olan ən istedadlı futbolçuların üzə çıxarılmasına çalışacaqlar. Burada olan 11-13 və 14-16 yaşlı futbolçular həftədə bir və ya iki dəfə məşq keçəcəklər. Onlar daha çox fərdi hazırlıq üzərində məşq edəcəklər. Bu isə texniki və taktiki cəhətdən üstün olan futbolçuların daha tez büxtələşməsinə gətirib çıxaracaq. Təbii ki, bu işlərin hamısı AFFA-nın nəzarəti altında olacaq”.
Sonda Lippert bu layihənin hazırlanmasına görə Almaniya Futbol Federasiyasına təşəkkür etdiyini bildirib.            

Daha çox


Son xəbərlər