Balotelli "Marsel"dən ayrıldı

Balotelli "Marsel"dən ayrıldı
DÜNYA FUTBOLU 26 May 2019 / 13:00 3341
-  A +

"Marsel"in futbolçusu Mario Balotelli komandadan ayrılıb.

Qol.az xəbər verir ki, italiyalı hücumçu bu barədə İnstagram səhifəsində paylaşıb edib. O, klub və azarkeşlərlə vidalaşıb:

"Bu möhtəşəm 5 aya görə hamıya sağ ol deyirəm. İstəyimizə nail olmasaq belə, klub rəhbərliyinə, məşqçilərə təşəkkür edirəm. Ümid edirəm ki, tezliklə görüşəcəyik" - deyə o bildirib.

Qeyd edək ki, bu ilin yanvarından "Marsel"də çıxış edən 28 yaşlı forvard 15 oyuna 8 qol vurub.

Son xəbərlər