Lionel Messi: "Əhvalım çox pisdir"

DÇ-2010 5 İyul 2010 / 15:13 2642
-  A +

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının 1/4 final mərhələsində Almaniyaya 1:4 hesablı məğlubiyyətdən sonra mətbuata ilk açıqlamanı verib. Qol.Az-ın məlumatına əsasən, Messi bu acınacaqlı uğursuzluğa görə azarkeşlərdən üzr istəyib. "Mənim əhvalım indi çox pisdir. Tezliklə öz evimə dönmək istəyirəm. Almaniyaya qarşı pis oynadıq. Hər şeyi təzədən başlamaq lazımdır. Argentina azarkeşlərin etimadını doğrultmadı. Bizə mendialda dəstək verən bütün azarkeşlərə təşəkkür edirəm» - deyə Messi bildirib..


Son xəbərlər