"Qarabağ"da Maksim Medvedyev qayıtdı, Ansi Aqolli getdi

"Qarabağ"da Maksim Medvedyev qayıtdı, Ansi Aqolli getdi
XƏBƏR 5 İyul 2010 / 11:51 2395
-  A +

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununa hazırlıqları davam etdirən "Qarabağ" gündə 1 məşqlə kifayətlənir. Zədə üzündən "Metalurq"la ilk oyunda iştirak edə bilməyən Maksim Medvedyev artıq məşqlərə başlayıb. Zədəsini yeni sağaldan, lakin "Metalurq"la oyunda yenidən ağrılar hiss edən Samir Abasovun vəziyyəti isə qənaətbəxşdir.

"Qarabağ" klubundan verilən məlumata görə, komandanın yeni transferi Ansi Aqolli bazar günü keçirilən məşqdə zədələnib. Əzələsini dartan Albaniya milli komandasının müdafiəçi bu gün həkim müayinəsindən keçəcək.

 

Daha çox


Son xəbərlər