Milli komandamız Avropa Liqasının final mərhələsinə vəsiqə qazandı

XƏBƏR 4 İyul 2010 / 23:02 1791
-  A +

Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Avropa Liqasının final mərhələsinə vəsiqə qazanıb. Qol.Az-ın məlumatına görə, İtaliyada təşkil olunan qrup seçmə mərhələsinin ikinci turunda komandamız Hollandiya millisini 7:4 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızın qollarını Zeynal Zeynalov, Müslim Hüseynov (hərəyə iki dəfə), Elvin Quliyev, Asif Zeynalov və Hikmət Bağırov vurublar. Bu qələbə sayəsində komandamız xallarının sayını 6-ya çatdırıb və qrup lideri olub.
Qeyd edək ki, bundan öncə millimizin Çexiyaya 5:4 hesabı ilə qalib gəlmişdi.

 

Daha çox


Son xəbərlər