Suares canını bir oyunluq cəzayla qurtardı

Suares canını bir oyunluq cəzayla qurtardı
DÇ-2010 4 İyul 2010 / 18:20 2342
-  A +

Cənubi Afrika  Respublikasında keçirilən dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən Uruqvay - Qana matçında qırmızı vərəqə ilə cəzalandırılan cənubi amerikalıların hücumçusu Luis Suaresin cəzası müəyyənləşib. Qol.Az-ın məlumatına görə, FİFA əsas vaxtı heç-heçə başa çatan (1:1) həmin oyunun əlavə vaxtının 120-ci dəquqəsində qapıya gedən topun qarşısını əllə aldığı üçün birbaşa qırmızı vərəqəylə cəzalandırılan futbolçunu cəmi 1 oyunluq diskvalifikasiya etməyə qərar verib. Dünya futbol qurumunun İntizam Komitəsinin iclasında onun bir oyundan artıq cəzalandırılmasına gərək olmadığı bildirilib.
Qeyd edək ki, sözügedən oyunun uzatma vaxtının başa çatmasına saniyələr qalmış Suares Uruqvayın qapısına gedən topun qarşısını kəsməklə, penaltiyə də səbəb olmuşdu. Lakin qanalı Asamoa Qyan həmin penaltinin dəqiq yerinə yetirə bilmədiyindən, tərəflər yarımfianala çıxacaq komandanı penaltilərlə müəyyənləşdirmək məcburiyyətində qalmışdı. Suaresin fədakarlığından lazımınca yararlanan komanda yoldaşları isə “lotoreya”da daha dəqiq olmaqla, Uruqvayı yarımfinala çıxarmışdılar. Suares aldığı cəza ucbatından Hollandiya ilə oyunu buraxmalı olsa da, komandası finala adlasa, həmin görüşdə forma geyə biləcək.


Son xəbərlər