“Simurq” MOİK-lə sülh bağladı

“Simurq” MOİK-lə sülh bağladı
XƏBƏR 4 İyul 2010 / 17:33 1661
-  A +

Bu gün "Şəfa" stadionunun dördüncü meydançasında "Simurq" mövsümlərarası fasilədə ilk yoxlama matçına çıxıb. Qol.Az-ın məlumatına görə, növbəti mövsümdən Unibank Premyer Liqasında çıxış edəcək MOİK-lə qarşılaşan Zaqatala klubu qələbə üzünə həsrət qalıb və tərəflər meydandan qolsuz heç-heçə ilə ayrılıb. Komandanın baş məşqçisi Cokiça Haciyevski hər iki hissədə meydançaya iki fərqli heyət buraxıb və ixtiyarında olan bütün futbolçuların xidmətlərindən istifadə edib. Yeri gəlmişkən qeyd edək ki, zaqatalalıları meydançaya karyerasında ilk dəfə olaraq, Rasim Ramaldanov kapitan kimi çıxarıb. Oyundan əvvəl Haciyevski kapitan sarğısını məhz 24 yaşlı mərkəz müdafiəçisinə verib.

Daha çox


Son xəbərlər