Bir ay bundan əvvəl məlum oldu ki, Azərbaycan kubokunun finalı mayın 19-da Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq. Və PFL-in bu qərarından sonra finala çıxan komandalardan birinin, “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuata verdiyi açıqlamada etiraf etməli oldu: “Qərara hörmətlə yanaşırıq, amma nə edək? Naxçıvana şəraitə uyğunlaşmaq üçün gərək bir həftə əvvəldən gedək”. Elə digər finalçı, “Qəbələ”nin də rəhbərliyi naəlac razılaşmalı olmuşdu Naxçıvan finalına.
Əslində, iki il əvvəl də kubokun finalı Naxçıvana təyin olunmuşdu. Həmin vaxt “Qarabağ”la “Qəbələ” qarşılaşmasında “köhlən atlar” kuboku başı üzərinə qaldırmışdı.
Budəfəki finalın isə bir özəlliyi var.
Bir - həm “Qəbələ”, həm də Sumqayıt, nəhayət, uzun illərdən sonra ilk dəfə Azərbaycan kubokunu başı üzərinə qaldıra bilər.
İki - qazanılan kubok qalib komandanın Avroliqada çıxışına vəsiqə verəcək.
İndi keçək, bəzi təfərrüatlara. Mayın 19-da baş tutacaq final oyunu, sizcə, saat neçədə başlasa yaxşıdır? Yox, axşam keçirilməyəcək. Ona görə ki, Naxçıvan şəhər stadionunun… işıqlandırma sistemi, necə deyərlər, projektorları yoxdur. Məhz bu səbəbdən oyun saat 16.30-da, hə, günorta 5-in yarısı başlayacaq.
Eləməyib tənbəllik, internet resurslarından həmin vaxt Naxçıvanda havanın hərarətinin neçə dərəcə olduğunu öyrəndik: 33 dərəcə. Hə, həmin gün saat 12-dən 17-dək Naxçıvanda havanın temperaturu 33 dərəcə olacaq.
Dostlar deyir ki, iki il əvvəl “Qarabağ” - “Qəbələ” oyununda hakim futbolçulara bir neçə dəfə su fasiləsi verməyə məcbur olmuşdu. İkinci hissədə isə futbolçular sanki sönmüşdülər. Hamı, qızmar günəşin altında oturmuş azarkeşlər belə nəinki oyundan həzz alırdılar, əksinə, finalın tez bitməsini gözləyirdilər.
Yaxşı, bəs onda hər iki komanda üçün bu ölüm-dirim oyununu Naxçıvana salmaqda məqsəd nədir? Bu hansı məntiqlə edilib? Təəssüf ki bunu PFL-də doğru-dürüst izah edən yoxdur.
Finalın Bakıya salınması üçün isə yüz dənə dəlil tapmaq mümkündür. Biz bir neçəsini qeyd edirik.
Bir, - finala çıxan hər iki klub əyalət komandasıdır. Yəni Bakını təmsil etmir.
İki - Bakı paytaxtdır, hər iki komandanın azarkeşləri üçün Bakıdakı stadionları doldurmaq çətin deyil. Həm “Qəbələ”, həm də “Sumqayıt”ın Naxçıvana çoxlu azarkeş aparacağı inandırıcı görünmür. Bəs, tam adı İbrahimxəlil Axundlu adına 12800 nəfərlik Naxçıvan Muxtar Respublika stadionunu kim dolduracaq?
Üç - oyunu Bakıda keçirməmək üçün heç bir səbəb yox idi. Bakıda mükəmməl işıqlandırma sistemi olan Tofiq Bəhramov adına respublika stadionu, Bakcell arena, Bayıldakı ASKO arena ola-ola Naxçıvan variantına üz tutmağın adı nədir? Bu qədər xərcə nə ehtiyac vardı?
Bu hələ harasıdır? Bu gün məlum olub ki, təşkilatçılar, yəni PFL finala bircə jurnalist də aparmayacaq. Oyunu CBC çəkib efirə verəcək. İndi təsəvvür edin, oyun bitib, baş məşqçilər Ayxan Abbasov və Sənan Qurbanov mətbuat konfransındadırlar və onların qarşısında bircə jurnalist əyləşib. Azərbaycanın idman saytlarının elə bir maddi imkanı yoxdur axı Naxçıvana müxbir ezam etsin. Təkcə təyyarə bileti 100 manatdır. İran üzərindən avtobusla oyuna çata bilmirsən, bir gün əvvəl gedib, bir gün sonra qayıtmalısan. Üstəlik, haradasa gecələməlisən, yeməlisən. Düzdürmü?
Bax, beləcə. Bunun adı final yox, onsuz da az-az təsadüf etdiyimiz futbol bayramının korlanmasıdı…
Keçmiş olsun!
Keçəcəkmi?!
Səbuhi MƏMMƏDLİ
Lent.az
P.S. Yeri gəlmişkən, havanın temperaturu qəbul olunmuş standartlara uyğun olaraq, kölgədə ölçülməlidir.
Demək, kölgədə 33 dərəcə…
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı