Yıldırım Dəmirörən: «Mübariz Mənsimov mənə heç bir vəd verməyib»

XƏBƏR 3 İyul 2010 / 20:59 1880
-  A +

İstanbulun «Beşiktaş» klubunun prezidenti Yıldırım Dəmirörən azərbaycanlı iş adamı Mübariz Mənsimovun onun komandası üçün ulduz futbolçular alacağı ilə bağlı vəd verməsi barədə mətbuatın iddialarına münasibət bildirib. Qol.Az-ın məlumatına görə, bu gün «Neftçi» ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Dəmirörən söyləyib ki, klubun İdarə Heyətində təmsil olunan heç bir şəxsi futbolçu alacaq deyə komandaya gətirməyib: «Mübariz Mənsimov da mənə heç bir vəd verməyib. Onlara təşəkkür edirəm. «Beşiktaş TV» üçün böyük yardımları oldu».

Daha çox


Son xəbərlər