Azərbaycanlı futbolçu beynəlxalq turnirin bombardiri oldu

XƏBƏR 3 İyul 2010 / 01:54 1950
-  A +

Eşitməqüsurlu əlillərdən təşkil olunmuş 16 yaşadək futbolçulardan ibarət milli komandamız Slovakiyanın Preşov şəhərində keçirilən beynəlxalq turnirdə III yerə sahib olmaqla daha bir uğura imza atıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin futbolçusu Səid Talıbzadə 15 qolla turnirin bombardiri olub. Bu münasibətlə ona turnirin təşkilatçıları tərəfindən xüsusi diplom təqdim edilib.


Son xəbərlər