FİFA "Çelsi"ni bağışlamadı

FİFA "Çelsi"ni bağışlamadı
DÜNYA FUTBOLU 8 May 2019 / 16:45 3068
-  A +

FİFA-nın yeniyetmə futbolçuların keçidi zamanı etdiyi qayda pozuntularına görə İngiltərənin “Çelsi” klubuna 1 illik transfer qadağası qüvvədə qalıb.

Qol.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun Apellyasiya Komitəsi London klubunun etirazını qəbul etməyib.

Qeyd edək ki, qərara əsasən "Çelsi" qarşıdakı yay və qış transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Son xəbərlər