"Enfild"də fantastika - "Liverpul" finalda!

"Enfild"də fantastika - "Liverpul" finalda!
DÜNYA FUTBOLU 8 May 2019 / 00:54 14473
-  A +

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Qol.az xəbər verir ki, yarımfinalın cavab matçında "Liverpul" "Barselona"nı qəbul edib. "Nou Kamp"dakı görüşdə "Barselona" 3 cavabsız qolla qalib gəldiyindən finala daha yaxın görünsə də, mersisaydlılar evdə 4 cavabsız qol vuraraq, fantastik geridönüş edərək, həlledici oyuna vəsiqə qazanıblar.

Qeyd edək ki, yarımfinalın digər cavab matçında bu gün "Ayaks" "Tottenhem"i qəbul edəcək.




7 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu


23:00. "Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0
Qollar:
Origi, 7 (1:0), Veynaldum, 54 (2:0), 56 (3:0), Origi, 79 (4:0)
İlk oyun - 0:3


8 may

23:00."Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə)
İlk oyun - 1:0

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda