Xorvatiya millisi Bakıya başqa məşqçi ilə gələ bilər - Daliç gedir

Xorvatiya millisi Bakıya başqa məşqçi ilə gələ bilər - Daliç gedir
DÜNYA FUTBOLU 27 Aprel 2019 / 14:48 2570
-  A +

AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç işindən ayrıla bilər.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, buna səbəb 52 yaşlı mütəxəssis Avropanın bir sıra iddialı klublarından təklif almasıdır. "Çelsi", "Napoli" və "Bavariya" kimi komandaların maraq dairəsində olan çalışdırıcının yayda onlardan birini seçmə ehimalı yüksək qiymətləndirilir.

Məsələ ilə bağlı açıqlama verən Daliç sözügedən klublardan təklif aldığını təsdiqləməsə də, iddialı komandalarda işləmək istəyini gizlətməyib: "Hər şey mümkündür. Əlbəttə, Braziliya və ya "Barselona" kimi top-komandalarla işləmək istəyərəm. Amma fakt budur ki, hazırda sevdiyim işi doğma vətənimdə görürəm. Ötən yay bütün dünyanı bizdən danışmağa məcbur etdik. Əla komandamız var. Luka Modriç həm dünya çempionatının, həm də planetin ən yaxşı oyunçusu seçildi. Təsəvvür edirsiniz, bu ada Ronaldo və Messi yox, kiçik bir ölkənin nümayəndəsi layiq görüldü".

Qeyd edək ki, millimiz seçmə mərhələdə ilk oyununu səfərdə məhz Xorvatiyaya qarşı keçirib və 1:2 hesabı ilə uduzub. Bu komanda ilə Bakıdakı matç isə sentyabrın 9-da olacaq. Əgər Daliç yayda yığmadan ayrılsa, o zaman xorvatları paytaxtımıza başqa məşqçi gətirəcək.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda