"Roma" Konte ilə danışıqlara başladı

"Roma" Konte ilə danışıqlara başladı
DÜNYA FUTBOLU 25 Aprel 2019 / 22:45 2041
-  A +

"Roma" mövsümün sonunda Antonio Konteni komandaya dəvət etmək istəyir.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yaytaxt klubu 49 yaşlı məşqçiyə illik 9,5 milyon avro maaş ödəməyə hazırdır.

Klub rəsmilərinin italiyalı çalışdırıcı ilə görüşərək  müzakirələr apardığı bildirilir.

Qeyd edək ki, Antonio Konte ötən yay "Çelsi"dən ayrıldıqdan sonra işsizdir.

Son xəbərlər