"Neftçi"nin sabiq hücumçusu Melvin Platye Bakı klubundakı karyerasından danışıb.
Qol.az-ın "sports.vice.com" saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı futbolçu "ağ-qaralar"ın heyətində 2013-2014 mövsümündə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniya "Skenderbeu"su ilə keçirilən cavab oyununu xatırlayıb. 30 yaşlı forvard həmin vaxt klub rəhbərliyinin mərhələni keçməyə görə komandaya vəd etdiyi mükafatın məbləğini də açıqlayıb:
"Evdə qolsuz heç-heçə qeydə alındığından turu keçmək üçün səfərdə ən azı minimal hesabla qalib gəlmək istəyirdik. 88-ci dəqiqədən qol vurmaq üçün yaxşı fürsət yaxaladım. Ancaq başla topu boş qapıdan keçirə bilmədim. Yekun nəticədə 0:1 hesabı ilə uduzduq və mübarizəni dayandırdıq. Mərhələni keçsəydik, 21 min dollar mükafat alacaqdıq. Hər dəfə həmin mənzərə gözümün qabağına gələndə məni ağlamaq tutur".
Platye "Neftçi"də çıxış edərkən başına gələn maraqlı hadisədən də söz açıb: "Azərbaycanda oynadığım vaxt Hollandiyaya məzuniyyətə gəlmişdim. Yaxşı qiymətə özümə "Audi A5" avtomobili aldım. 2 həftə sonra isə onu 3 min avro ucuz satdım. Bu, indiyə qədər etdiyim ən axmaq şeydir".
Qeyd edək ki, 2013-2014 mövsümündə "Neftçi"nin formasını geyinən Platye hazırda İndoneziyanın birinci liqasında mübarizə aparan "Bali Yunayted" klubunda çıxış edir.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı