"Barselona" yarımfinalda, "Ayaks" "Yuventus"u da ÇL-dən kənarlaşdırdı

"Barselona" yarımfinalda, "Ayaks" "Yuventus"u da ÇL-dən kənarlaşdırdı
DÜNYA FUTBOLU 17 Aprel 2019 / 00:54 11169
-  A +

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

Qol.az xəbər verir ki, keçirilən iki görüşlə ilk yarımfinalçılar bəlli olub.

"Barselona" İspaniyada "Mançester Yunayted"lə qarşılaşıb. Səfərdəki görüşdə 1:0 hesablı qələbə qazananan kataloniyalılar evdə də rəqibini məğlub edərək, yarımfinala yüksəlib. İspanlar bu mərhələdə "Portu" - "Liverpul" cütünün qalibi ilə üz-üzə gələcək.

Digər matçda isə "Yuventus" "Ayaks"ı qəbul edirb Hollandiyada keçirilən qarşılaşamada 1:1-lik nəticə qeydə alındığından Turin təmsilçisi növbəti mərhələyə yaxın görünsə də, hollandlar növbəti sensasiyaya imza atıblar. Turində 2:1 hesablı qələbə qazanan "Ayaks" "Real"dan sonra "Yuventus"u da ÇL-dən kənarlaşdırıb. Amsterdam təmsilçisi yarımfinalda "Mançester Siti" - "Tottenhem" cütünün qalibi ilə qarşılaşacaq.

16 aprel

Çempionlar Liqası

1/4 finalın cavab oyunları

23:00. "Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:0
Qollar:
L.Messi, 16 (1:0), 20 (2:0), F. Koutinyo, 62 (3:0)
İlk oyun - 1:0

23:00. "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) - 1:2
Qollar:
K. Ronaldo, 28 (1:0), D. van de Bek, 34 (1:1), M. de Lixt, 67 (1:2)
İlk oyun - 1:1



17 aprel

23:00."Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
İlk oyun - 0:2

23:00."Mançester Siti" (İngiltərə) - "Tottenhem" (İngiltərə)

İlk oyun - 0:1

 

Daha çox


Son xəbərlər
25.04.19  22:00

Sarri cərimələndi

25.04.19  17:29

Robben qayıtdı

25.04.19  00:58

Derbini "Siti" qazandı

25.04.19  00:40

“Bavariya” finalda