"Üstünlüyümüzün olduğunu düşünmək axmaqlıq olar" - Valverde

"Üstünlüyümüzün olduğunu düşünmək axmaqlıq olar" - Valverde
DÜNYA FUTBOLU 15 Aprel 2019 / 19:32 2478
-  A +

"Rəqibin hansı planlarının olduğunu bilmirəm. Amma onların Çempionlar Liqasındakı nəticələri göz qabağındadır. "Mançester Yunayted" səfərdə oynadığı 4 matçın 3-də qələbə qazanıb. Onlar son dəqiqələrdə "Yuventus" və PSJ-yə qol vurub. Biz öz oyunumuzu düşünməliyik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə cavab oyunu öncəsi deyib.

"Düzdür, səfərdə qol vurmuşuq, amma bu, növbəti mərhələ yüksələcəyimizə zəmanət vermir.Şanslar haqda danışmayacam. Sadəcə, rəqibin qapımıza qol vurmağına imkan verməməyə çalışacağıq. Üstünlüyümüzün olduğunu düşünmək axmaqlıq olar. Rəqibin güclü tərəfləri var Bu, qələbə haqda düşünən komandadır. Buna görə də meydanda daha güclü olduğumuzu sübut etməliyik" - deyə o bildirib.

E.Valverde "Mançester Yunayted"in ilk dəqiqələrdən hücum edib-etməyəcəyini bilmədiyini söyləyib: "Lakin onlar böyük ehtimalla son matçlardakı kimi oynayacaqlar. Rəqibin potensialını bilirik. Yaradacağımız hər təhlükəli epizoda cavab verəcəklər. "Mançester Yunayted" boşluq tapan kimi rəqibini cəzalandırır. Ümid edirəm ki, yarımfinala çıxacağıq, amma ciddi rəqiblə qarşı-qarşıyayıq".

Qeyd edək ki, "Barselona" - "Mançester Yunayted" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda Kataloniya klubu 1:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər