Sulşer Barselonaya 22 futbolçu aparır - siyahı

Sulşer Barselonaya 22 futbolçu aparır -  siyahı
DÜNYA FUTBOLU 15 Aprel 2019 / 15:15 2546
-  A +

“Mançester Yunayted”in Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə cavab oyunu üçün İspaniya aparacağı heyət müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı şeytanlar” səfərə 22 futbolçu ilə yollanacaqlar. Komandanın baş məşqçisi Ole-Qunnar Sulşerin siyahısında aşağıdakı futbolçuların adları yer alıb.

Qapıçılar: David De Xea, Serxio Romero, Li Qrant

Müdafiəçilər: Dioqu Dalot, Matteo Darmian, Fil Cons, Viktor Lindelöf, Markos Roxo, Kris Smollinq, Lyuk Şou, Eşli Yanq

Yarımmüdafiəçilər: Skott Maktomini, Xuan Mata, Nemanya Matiç, Andreas Pereyra, Pol Poqba, Fred

Hücumçular: Cessi Linqard, Romelu Lukaku, Antoni Marsyal, Aleksis Sançes, Markus Reşford

Qeyd edək ki, aprelin 16-da keçiriləcək “Barselona” – “Mançester Yunayted” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İngiltərədəki ilk oyunda kataloniyalılar 1:0 hesablı qələbə qazanıblar.


Son xəbərlər