Ayaz xəcalət çəkir

Ayaz xəcalət çəkir
XƏBƏR 12 Aprel 2019 / 11:20 3149
-  A +

"Aqressiv davrandım. Günahımı etiraf edirəm. Zərərçəkəndən bir daha üzr istəyirəm".

Qol.az xəbər verir ki, bu sözləri Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Ayaz Quliyev klubun rəsmi saytına açıqlamasında dünən törətdiyi insidentlə bağlı danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi etdiyi hərəkətə görə utandığını və klubundan üzr istədiyini bildirib: "Məni tam fərqli prinsiplərlə tərbiyələndirən doğma klubumdan da üzr istəyirəm. Komandamızın "qırmızı-ağlı" azarkeşləri qarşısında isə çox xəcalət çəkirəm. Bu hadisə mənim üçün ömürlük dərs olacaq".

Xatırladaq ki, A.Quliyev ötən gün Moskva küçələrinin birində amerikalı turistlə dalaşıb və onun burnunu qırıb.

Əlavə edək ki, "Spartak" rəsmi saytı vasitəsilə Quliyevə sərt intizam sanksiyası tətbiq ediləcəyini açıqlayıb.

Daha çox


Son xəbərlər