Manuel Noyer: “İngilislərin qolunun qeydə alınmaması məni təəcübləndirdi”

XƏBƏR 29 İyun 2010 / 16:13 1848
-  A +

Almaniya millisinin əsas qapıçısı Manuel Noyer dünya çempionatının  1/8 finalında ingilislərə qarşı keçirilmiş oyundan sonra maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, Noyer İngiltərinin vurdugu qolun hesab alınmadığıl epizodu şərh edərkən Frank Lempardın zərbəsindən sonra topun həqiqətən də qapı xəttini keçdiyini bildirib. “Hakimin verdiyi qərar məni çox təəcübləndirdi. Bununla belə, mən hakimin bu ədalətsiz qərarından sonra özümü itirmədim və oyunuma davam etdim. Etiraf edirəm ki,  həmin qolun qeydə alınmaması ingilislərin oyununa mənfi təsir göstərdi. Onlar heç bir təhlükəli hücum reallaşdıra bilmədilər. Almaniya millisi isə öz oyununu diktə etməyə başladı və layiqli qələbə qazandı. İnanıram ki, hesab 2-2 olsaydı belə, Almaniya millisi yenə qələbə qazanaraq adını 1/4  finala yazdıracaqdır” – deyə Noyer fikrini tamamlayıb.

Daha çox


Son xəbərlər