“Olimpik-Şüvəlan” ilk transferini reallaşdırdı

“Olimpik-Şüvəlan” ilk transferini reallaşdırdı
XƏBƏR 29 İyun 2010 / 15:17 1648
-  A +

"Olimpik-Şüvəlan" mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, bu, sonuncu mövsümü "Karvan"da keçirən Anar Həsənovdur. Bir həftədən artıq müddətdə “təyyarəçilər”in düşərgəsində baxışda olan gənc yarımmüdafiəçi "Qarabağ"la oyundan sonra məşqçilərin etimadını qazana bilib. 1983-cü il təvəllüdlü olan Anar bu gün klubla müqaviləyə imza atıb. O qarşıdakı iki il ərzində "Olimpik-Şüvəlan"ın uğurları üçün tər tökəcək.

Daha çox


Son xəbərlər