Mahir Şükürov avrokuboklardakı klublarımızın şanslarını dəyərləndirdi

Mahir Şükürov avrokuboklardakı klublarımızın şanslarını dəyərləndirdi
XƏBƏR 29 İyun 2010 / 14:13 1792
-  A +

"Bu ilki püşkatmada ən çox bəxti gətirən "Xəzər Lənkran" oldu. Ffikrimcə, "Xəzər Lənkəran" Moldova klubunu asanlıqla keçəcək. Onlar indidən növbəti mərhələ haqqında düşünsə, daha yaxşı olar. Buna səbəb rəqibin elə də güclü olmaması və ilk oyunun səfərdə keçirilməsidir. Onlar cavab oyununda onlar ağzına kimi dolu stadionda, özüdə çılğın "Xəzərsevərlər"in qarşısında oynayacaq. Moldavalılar üçün çətin olacaq". Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın da üzvü olan Rusiya “Anji”sinin müdafiəçisi Mahir Şükürov deyib
Karyerasını ölkə xaricində davam etdirən həmyerlimiz öz saytına açıqlamasında digər keçmiş klubu "İnter"in bəxtinin gətirmədiyini bildirib: "Ən çox bəxti gətirməyən komanda "İnter" oldu. Çünki onlar "Lex" kimi güclü rəqiblə qarşılaşacaq. Nə etmək olar? Avropa ölkələrinin çempionlarının turniri güclü klublar üçündür. Fikrimcə, "İnter" ilk oyunda qol buraxmasa, cavab matçı üçün sərfəli nəticə əldə edər. Şansları 50-50-yə dəyərləndirirəm".
Mahir "Bakı"yla “Qarabağ”ın da şanslı olduğunu düşünür: "Bakı" haqqında nə deyə bilərəm? Eşitmişəm ki, yeni baş məşqçiləri var. Bu yeni ruh, yeni həvəs deməkdir. Fikrimcə, "Bakı" da uğura imza atacaq. Səviyyəli transferlər edib bəhrəsin görəcəklər. "Qarabağ" isə ən azından ötən ilki uğru təkrarlamalıdır. Oturuşmuş heyəti var və komanda Qurban Qurbanovun yaxşı bələd olduğu oyunçulardan qurulub. Fikrimcə, bu ilki rəqib "Rosenburq"dan, "Honka"dan da zəifdir, nəyinki "Tvente"dən. Çox güman "Qarabağ" mərhələni asanlıqla olmasa da, adlayacaq. Ümumilkdə bütün klublarımıza uğurlar arzulayıram".

Daha çox


Son xəbərlər