"Neftçi"nin mövsümdə ilk matçına çıxma saatı müəyyənləşdi

"Neftçi"nin mövsümdə ilk matçına çıxma saatı müəyyənləşdi
XƏBƏR 29 İyun 2010 / 11:18 1768
-  A +

Unibank Premyer Liqasının 2010/11 mövsümünə hazırlaşan "Neftçi" bu gün ilk yoxlama matçını keçirəcək. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, flaqman mövsümlərarası fasilədə birinci oyununda "Olimpik-Şüvəlan"la qarşılaşacaq. Suraxanı qəsəbə stadionunda saat 18:30-da start götürəcək görüşə "ağ-qaralar" tamamilə yeniləşmiş simada çıxacaq. Çempionluğu hədəfləyən komandanın heyətində yeni transferlərlə yanaşı, baxışda olan futbolçular da forma geyinəcəklər. "Olimpik-Şüvəlan"la matç Avstriyada təşkil ediləcək təlim-məşq toplanışı ərəfəsində "Neftçi"nin Bakıda keçirdiyi ilk və son yoxlama oyunu olacaq. Məhz bu qarşılaşmadan sonra flaqman paytaxtdakı hazırlığını yekunlaşdıracaq və iyulun 1-də Avstriyaya yollanacaq.

Daha çox


Son xəbərlər