Hollandiyadan sonra Braziliya da 1/4 finala vəsiqə qazandı

Hollandiyadan sonra Braziliya da 1/4 finala vəsiqə qazandı
DÇ-2010 29 İyun 2010 / 01:20 2970
-  A +

Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. Qol.Az-ın məlumatına görə, mundialın 18-ci günündə də 2 qarşılaşma baş tutacaq ki, həmin oyunlarla 1/4 finala vəsiqə qazanacaq daha 2 xoşbəxt komanda müəyyənləşəcək.
İlk oyunda iki Avropa təmsilçisi – Hollandiya və Slovakiya üz-üzə gəlr. Son dünya çempionu İtaliya millisinin sensasiyalı şəkildə mundialdan kənarda qalmasına səbəbkar olan slovakların hələlik məğlub olmayan hollandlarla dueldə də sürprizə nail olub-olmayacağı maraqla gözlənilirdi. Amma hollandlar slovakların növbəti sensasiyaya imza atmasına imkan verməyiblər. 

23:30-da başlayan qarşılaşmada isə iki Cənubi Amerika komandası münasibətlərinə aydınlıq gəLİB. 5 qat dünya çempionu Braziliyanın Çili səddini asanlıqla keçəcəyi gözlənilirdi. Bu proqnozlar ozünü doğrultdu.

28 iyun
1/8 final

23:30. Braziliya – Çili - 3:0


Yohannesburq. Ellis Park stadionu
Baş hakim: Hovard Uebb (İngiltərə)

Qollar: Juan (34), Luis Fabiano (37), Robinyo (59) 

 

19:00. Hollandiya – Slovakiya - 2:1


Durban. Şəhər stadionu
Baş hakim: Alberto Undiano (İspaniya)
HOLLANDIYA: Stekelnburq, Van der Viel, Heytinqa, Matiysen, Van Bronkhorst (k), Van Bommel, Kuyt, De Yonq, Van Persi, Şneyder, Roben.
SLOVAKİYA: Muxa, Pekarik, Şkrtel, Zabavnik, Vays, Vittek, Ştok, Duritsa, Hamşik (k), Yendrişek, Kuçka.

Qollar: Roben (17), Sneyder (84) - Viteks (90+3, pen.)

 


Son xəbərlər