Yoahim Löv: “İngilislərin qolu hesaba alınmalıydı"

Yoahim Löv: “İngilislərin qolu hesaba alınmalıydı"
DÇ-2010 28 İyun 2010 / 12:34 2516
-  A +

Dünya kubokunda İngiltərəni mübarizədən kənarlaşdıran Almaniyanın baş məşçqisi Yoahim Löv fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, “Sky Sports”a danışan alman mütəxəssis ingilis futbolçu Frank Lempardın qolunun hesaba alınmasının vacibliyini söyləyib: “Televiziyadan baxdıqda top qapı xəttini keçmişdi. Qol qərarı mütləq verilməliydi”. Löv qələbəyə layiq olduqlarını vurğulayıb: “Komandama fasilədə 3-cü qolu vurmağın vacibliyini söylədim. İngiltərəni əks-hücumlarla məğlub edəcəyimizi bilirdim. Çünki çox boşluqları vardı. Oyunçularım karyeralarında ən parlaq matçlarından birini oynadılar”.


Son xəbərlər