"Gözlədiyimizdən də çətin oldu" - millimizə qol vuran futbolçu

"Gözlədiyimizdən də çətin oldu" -  millimizə qol vuran futbolçu
XƏBƏR 22 Mart 2019 / 13:34 4041
-  A +

"Əvvəla qələbə üçün xoşbəxtəm. Görüşdən əvvəl də matçın çətin olacağını bilirdik. Ancaq gözlədiyimizdən də çətin oldu ”.

Qol.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin üzvü Borna Barişiç AÇ-2020-nin seçmə mərhələsində yığmamızla keçirilən oyundan sonra deyib.

Görüşdə bərabərlik qolunu vuran 26 yaşlı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında əvvəlcədən fərqlənməyi planlaşdırdığını bildirib:

“Sərbəst yer və qol vurmaq üçün lazımlı nöqtəyə getdim. İstəyimə çatmaq üçün plan və düşüncələrim var idi. Qola görə Tanrıya minnətdaram. Ötən gecə qol vuracağımı xəyal edirdim. Azərbaycan sağlam komandadır, bilirdik ki, asan olmayacaq. Macarıstanla oyun daha da çətin keçəcək".

Daha çox


Son xəbərlər