Hakimlərimiz Antalyada 13 oyun idərə ediblər

XƏBƏR 22 Yanvar 2009 / 15:58 2349
-  A +

Azərbaycan hakimləri hazırda Antalyada təlim-məşq məşq toplanışını uğurla davam etdirirlər. Bu barədə Qol.Az-a AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. O, hakimlərin hər gün fiziki məşqlər etdiyini, nəzəri məşğələlərə qatıldığını söyləyib. X.Məmmədov hakimlərimin artıq 13 oyun idarə etdiklərini vurğulayıb. Onun sözlərinə görə, referilərimiz Rusiya, Ukrayna, Rumıniya, Braziliya və Qazaxıstanın aparıcı klublarının oyunlarına çıxıb. X.Məmmədov bu oyunlara görə hakimlərimizin qonorar almadıqlarını deyib. Bu matçlarda hakimliyin səviyyəsindən razı qaldığını deyən X.Məmmədov yalnız bir oyunda - Rusiya və Almaniya klubları arasındakı matçda gənc hakim Fuad Həsənovun səhvlər etdiyini vurğulayıb.

Daha çox


Son xəbərlər