Mehdi Cənnətov bu epizoda görə "qırmızı" alıb - Video

Mehdi Cənnətov bu epizoda görə "qırmızı" alıb - Video
VİDEO 10 Mart 2019 / 21:34 4717
-  A +

Peşəkar Futbol Liqası  "Sumqayıt" - "Neftçi" oyununda (1:2) meydan sahiblərinin qapıçısı Mehdi Cənnətovun 77-ci dəqiqədə qırmızı vərəqə aldığı epizodun  videosunu yayıb.

Qol.az-ın məlumatına görə, videoda 27 yaşlı qolkiperin "Neftçi"nin qolundan sonra topu mərkəzə aparmaq istəyən rəqib komandanın futbolçusu Kiril Petrovu dirsəyi ilə vurduğu görünür. Bu səbəbdən baş hakim Rəşad Əhmədov Cənnətova birbaşa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, həmin epizod TV-də canlı yayımda efirə düşmədiyindən oyunçunun meydandan nəyə görə qovulması maraq doğururdu.





Son xəbərlər