"Hakimləri diqqətli olmağa çağırıram" - Sənan Qurbanov

"Hakimləri diqqətli olmağa çağırıram"  -  <b style="color:red">Sənan Qurbanov </b>
PREMYER LİQA 10 Mart 2019 / 16:52 1462
-  A +

"Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 20-ci turunda “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Ağır oyun idi. “Səbail” son oyunlarda formada idi. Ciddi hazırlaşmışdıq. Qələbəyə köklənmişdik. Qalib gəlmək bizə çox vacib idi. Hakimlərin qərarına təəssüflənirəm. Gənc bir futbolçu Bəhlul Mustafazadəyə bu cür adi epizodda qırmızı vərəqə göstərmək olmazdı. Adi oyun mübarizəsində sarı vərəqə göstərib meydandan qovdular. Bizim də səbr kasamız var. Hakimləri diqqətli olmağa çağırıram.

- Axı, sanki dirsəklə vurmuşdu...

- Mənə görə adi epizod idi.

- Bu oyundan öncə azarkeşlər uğursuzluq olacağı təqdirdə istefanızı tələb edəcəklərini bildirmişdilər...

- “Qəbələ” üçün nə xeyirlidirsə, o da olacaq. Rəhbərlik belə qərar verərsə, hörmətlə yanaşaram.

- “Qəbələ” yalnız ikinci hissədə futbol oynadı. İlk yarıda niyə normal futbol görmədik?

- Qələbə üçün alışıb-yanırdıq. Bəlkə də səbəb bu idi. İlk yarıda da qol epizodlarımız oldu. Ancaq futbolçulardan razı qaldım (sport24.az).

 

Daha çox


Son xəbərlər
24.03.19  21:12

"Sabah"dan heç-heçə