"Çempionlar Liqasında belə oynamırlar” - Klopp

"Çempionlar Liqasında belə oynamırlar” - Klopp
DÜNYA FUTBOLU 20 Fevral 2019 / 10:56 3461
-  A +

"Bavariya" fiziki cəhətdən güclü komandadır. Birinci yarıda bir neçə təhlükəli vəziyyət yarada bildik. Lakin qol vəziyyətlərini qola çevirmək mümkün olmadı. İkinci yarıda isə komandalardan heç biri təhlükəli hücumla yadda qalmadı. Sonuncu ötürmələrdə dəqiqlik çatmadı. 10-12 dəfə şansı əldən verdik".

Qol.az-ın məlumatına görə, bu sözləri  "Liverpul"un baş  məşqçisi Yürgen Klopp Çempionlar Liqasının 1/8 finalında evdə "Bavariya"ya  ilə qolsuz bərabərə qaldıqları  ilk oyundan  sonra deyib.

O, görüşün Çempionlar Liqasının matçına bənzəmədiyini söyləyib: "ÇL-da belə oynamırlar. 30 ildən sonra xatırlanacaq bir qarşılaşma olmadı. Çoxları bizdən belə oyun gözləmirdi. Müdafiəçilərimizin əzmkarlığını xüsusi qeyd edərdim. Onlar topa nəzarət edə bildi. Matç hər iki klub üçün önəmli idi. Sevincdən göyün yeddinci qatına çıxmadım. Düzdür,istədiyimiz nəticəni əldə etmədik. Amma b, ev matçı  üçün ən yaxşı heç-heçədir".


Son xəbərlər