Bizə qarşı oynamayacağı dəqiqləşdi - Xorvatiya millisində itki

Bizə qarşı oynamayacağı dəqiqləşdi - Xorvatiya millisində itki
XƏBƏR 18 Fevral 2019 / 19:17 1955
-  A +

Xorvatiya millisinin futbolçusu Şime Vrsalkonun Avro-2020-nin seçmə mərhələsində yığmamızla hər iki oyunu buraxacağı dəqiqləşib.

Qol.az-ın  "Sportske Novosti"yə istinadən yaydığı xəbərə görə, əməliyyat olunan  27 yaşlı müdafiəçi bərpa müddətinin 8-10 çəkəcəyini bildirib: "Bu əməliyyat üçün normal müddətdir. Əməliyyat yaxşı keçdi. Vacib ola budur. Məqsədim daha yaxşı formada futbola qayıtmaqdır. Tələsmirəm və hər zamankından daha güclü olacağam".

Qeyd edək ki, mövsümün ilk hissəsini icarə əsasında "İnter"də keçirən  S.Vrsalko müqavilə ilə məxsus olduğu "Atletiko"nun düşərgəsinə qayıdıb.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya ilə martın 21-də səfərdə, sentyabrın 9-da isə evdə qarşılaşacaq.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi