Beyl 12 oyunluq cəzalandırıla bilər

Beyl 12 oyunluq cəzalandırıla bilər
DÜNYA FUTBOLU 14 Fevral 2019 / 16:38 4192
-  A +

İspaniya  Futbol Federasiyasının İntizam Komitəsi "Real"ın futbolçusu Qaret Beyli cəzalandıra bilər.

Qol.az-ın "As"a istinadən yaydığı xəbərə görə, La Liqa qurumdan uelsli oyunçunun ölkə çempionatında "Atletiko" ilə matçda (3:1)  əlləri ilə etdiyi təhqiredici hərəkətinin araşdırılmasını  xahiş edib.

Bildilir ki, komitə Beylin jestinin "Atletiko" azarkeşlərinə etdiyi qənaətinə gəlsə, o zaman oyunçuyu 4-12  oyunluq cəzaladırıla  bilər. Əgər bu  jestin rəqib komandanın azarkeşlərinə ünvanlanmadığı  hesab edilsə, onun cəzası 1-3 oyun  ola  bilər.

Xatırladaq ki , qarşılaşmanın hakimi  Martines Munuera protokolda Beylin bu hərəkətini qeyd etməyib. 


Son xəbərlər