İkardidən kapitan sarğısı alındı

İkardidən kapitan sarğısı alındı
DÜNYA FUTBOLU 13 Fevral 2019 / 15:50 3648
-  A +

İtaliya "İnter"ində kapitan dəyişikliyi olub.

Qol.az-ın klubun rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, kapitanlıq sarğısı Mauro İkardidən alınaraq qapıçı Samir Handanoviçə verilib. Dəyişikliyin səbəbi haqda məlumat verilməyib.

Milan təmsilçisinin argentinalı hücumçu ilə yeni müqavilə barədə razılığa gələ bilməməsi səbəbindən bu addımı atdığı ehtimal olunur.

Qeyd edək ki, İkardi 2013-cü, Handanoviç isə 2012-ci ildən "İnter"də çıxış edir.

Son xəbərlər