"Barselona"ya məğlubiyyət, Messiyə isə karyerasını bitirməyi arzulayıram"

"Barselona"ya məğlubiyyət, Messiyə isə karyerasını bitirməyi arzulayıram"
DÜNYA FUTBOLU 12 Fevral 2019 / 17:20 6247
-  A +

"Barselona"ya qarşı deyiləm. Ancaq hər zaman onlara məğlubiyyət arzulayıram. Çünki belədə hər şey "Real" üçün daha yaxşı olacaq".

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın sabiq müdafiəçisi Alvaro Arbeloa deyib. "Kral klubu"nun yetirməsi olan veteran futbolçu 2002-2006 və 2009-2016-cı illərdə bu komandanın formasını geyinib. Madrid təmsilçisinin əsas rəqibi "Barselona" haqda danışan Arbeloa kataloniyalıların Çempionlar Liqasında mübarizəni dayandırmasını istəyir:

"Onların turnirdən kənarda qalmasını istərdimmi? Əlbəttə ki, hə. Çünki elə olarsa, "Real"ın əsas rəqiblərindən biri azalacaq. "Barselona" həmişə güclü olub. Nə vaxt "El-Klassiko"da meydana çıxmışamsa, bu rəqibi məğlub etmək istəmişəm. Hər zaman "Barsa" ilə oyunlarda ehtiras, həyəcan olub".

"Barselona"nın kapitanı Lionel Messi haqda da fikirlərini bildirən Arbeloa argentinalı superulduzun oyununda zövq almadığını bildirib: "Barselona"ya hörmət edirəm. Çünki orada Lionel Messi kimi əla oyunçu var. Heç vaxt argentinalının oyunundan zövq ala bilməsəm də, o, çox yaxşı futbolçudur. Düşünürəm ki, heç bundan sonra da olmayacaq. Ümid edirəm ki, o, tezliklə karyerasını bitirər. Artıq günləri saymağa başlamışam".

Qeyd edək ki, Arbeloa 2017-ci ilin iyununda futbolla vidalaşıb.
 

Daha çox


Son xəbərlər
15.02.19  11:40

"Sabah"da iki itki