Avrokubok oyunları sükutla başlayacaq

Avrokubok oyunları sükutla başlayacaq
XƏBƏR 12 Fevral 2019 / 13:46 1523
-  A +

Təyyarə qəzasında dünyasını dəyişən Emiliano Salanın xatirəsi UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarında da yad olunacaq.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, avrokuboklarda bu həftə keçiriləcək bütün qarşılaşmalar 1 dəqiqəlik sükutla başlayacaq.

Xatırladaq ki, qış fasiləsində 17 milyon avroya "Nant"dan "Kardiff"ə transfer olunan Sala yanvarın 22-i Fransadan Britaniyaya xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.Salanın cəsədi La Manş boğazının dibindəki təyyarə qırıntısından çıxarılıb.

Daha çox


Son xəbərlər