Bundesliqada 21-ci tura yekun vuruldu

Bundesliqada 21-ci tura yekun vuruldu
DÜNYA FUTBOLU 11 Fevral 2019 / 00:42 1514
-  A +

Almaniya bundesliqasında 21-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib. "Verder" doğma meydanda "Auqsburq"un qapısından 4 qol keçirib. "Fortuna" isə "Ştutqart"ı 3 cavabsız qollaməğlub edib.

Qeyd edək ki, hazırda "Verder" 30 xalla 10-cu, "Auqsburq" 18 xalla 15-cidir. 12-ci pillədəki "Fortuna"nın 25, autsayderlər qrupunda - 16-cı sırada qərarlaşan "Ştutqart"ın isə 15 xalı var. Turnir cədvəlinə isə 50 xalla "Borussiya" (Dortmund) başçılıq edir. 5 xal az toplayan "Bavariya" 2-ci, 42 xallı Münhenqladbax "Borussiya"sı isə 3-cüdür.


Almaniya bundesliqası, 21-ci tur

10 fevral

"Verder" - "Auqsburq" - 4:0
Qollar:
M. Raşitsa, 5 (1:0), Y. Eqqeşteyn, 27 (2:0), M. Raşitsa, 28 (3:0), K. Movald, 83 (4:0)

"Fortuna" - "Ştutqart" - 3:0
Qollar:
K. Karaman, 34 (1:0), O. Fink, 49 (2:0), B. Roman, 85 (3:0)

Son xəbərlər