"Barselona" Koutinyoya şərt qoydu

"Barselona" Koutinyoya şərt qoydu
XƏBƏR 9 Fevral 2019 / 14:09 4747
-  A +

"Barselona" bu mövsümün sonunda Filippe Koutinyo ilə yollarını ayıra bilər.

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb braziliyalı futbolçunun etimadı doğrultmamasıdır. 2018-ci ilin yanvarında "Liverpul"dan 160 milyon avroya transfer olunan 26 yaşlı oyunçu hələ ki, istənilən səviyyədə çıxış etmir. Bunu nəzərə alan məşqçilər heyəti Koutinyoya yaya qədər vaxt qoyub. Əgər futbolçu göstərilən vaxta qədər oyununu yaxşılaşdırmasa, "Barselona" rəhbərliyi onunla bağlı gələn təklifəri dəyərləndirəcək.

Qeyd edək ki, Koutinyo bu mövsüm La Liqada keçirdiyi 20 oyunda 4 qol vurub və 2 məhsuıldar ötürmə edib.


Son xəbərlər