U-17 böyük hesabla uduzdu

XƏBƏR 21 Yanvar 2009 / 19:26 2426
-  A +

Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət milli komandası Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib. Bu barədə TrendNews-a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətindən məlumat verilib.U-17 Braziliyanın Rio-de-Janeyro şəhərinin gənclərdən ibarət komandası ilə oyunda 0:5 hesabı ilə məğlub olub.Azərbaycan milli komandası bundan əvvəl Antalyada keçirdiyi yoxlama oyunuda Şotlandiyanın “İnverness” klubuna 1:2 hesabı ilə məğlub olmuşdu.

 


Son xəbərlər