"Barselona"dan Valverde və Albaya yeni müqavilə

"Barselona"dan Valverde və Albaya yeni müqavilə
DÜNYA FUTBOLU 16 Yanvar 2019 / 22:31 1923
-  A +

"Barselona" baş məşqçisi Ernesto Valverde və müdafiəçisi Jordi Alba ilə yeni müqavilə imzalayacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezidenti Josep Mariya Bartomeu məlumat verib. "Valverde növbəti mövsüm də komandanı çalışdıracaq. Onunla yeni müqavilə ilə bağlı danışacağıq. Baş məşqçimizə güvənirik. İşini çox yaxşı görür. Ağıllı insandır və "Barselona"nın oyun üslubunu bilir. Bəyəndiyimiz bir futbol oynadır.

Alba da bizim komandada qalacaq. Onunla 5 illik yeni müqavilə imzalamaq üçün çalışırıq".


Son xəbərlər