"Səbail" qələbə ilə başladı

"Səbail" qələbə ilə başladı
XƏBƏR 16 Yanvar 2019 / 14:00 2751
-  A +

Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşan "Səbail" bu gün ilk sınaq matçına çıxıb.

Qol.az-ın məlumatına görə, paytaxt təmsilçisi ilk oyunda Macarıstanın "Aqvital" klubu ilə üz-üzə gəlib. Görüş təmsiilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in qollarını Kevin Kubemba (44) və Ruslan Qurbanov (68, 90) vurub.

Qeyd edək ki, "Səbail" bu görüşdən başqa, Antalyada daha 2 sınaq matçı keçirəcək. Bakı təmsilçisi yanvarın 21-i "Desna” (Ukrayna), yanvarın 24-ü isə "Kaysar"la (Qazaxıstan) qarşılaşacaq.


Yoxlama oyunu

16 yanvar

"Səbail" (Azərbaycan) - "Aqvital" (Macarıstan) - 3:2

Daha çox


Son xəbərlər