"Mançester Yunayted" Mourinyoya təzminat ödədi - 15 milyon funt-sterlinq

"Mançester Yunayted" Mourinyoya təzminat ödədi - 15 milyon funt-sterlinq
DÜNYA FUTBOLU 10 Yanvar 2019 / 17:19 2169
-  A +

"Mançester Yunayted" müqaviləsini vaxtından əvvəl ləğv etdiyi üçün sabiq baş məşqçisi Joze Mourinyoya 15 milyon funt-sterlinq təzminat ödəyib.

Qol.az-ın “Daily Mail” nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssisin artıq başqa klublarla danışıqlara başlaya biləcəyi vurğulanıb.

"Jozenin Mançester Yunayted"lə müqaviləsində heç bir problem qalmadı. Hər şey həll olundu. Mourinyo narahat deyil. O, artıq işləyə bilər, ancaq tələsmir" - deyə Mourinyoya yaxın mənbə bildirib.

Qeyd edək ki, 55 yaşlı məşqçinin Mançester təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər idi.


Son xəbərlər