«Reqar-TadAZ»ın baş məşqçisi «İnter»i ədalətsizlikdə günahlandırdı

XƏBƏR 21 Yanvar 2009 / 16:16 2797
-  A +

«Oyunun əvvəlində bərabər mübarizə vardı. Amma birinci qol bütün oyunumuzu pozdu». Qol.Az-ın Moskvadakı müxbirinin məlumatına görə, bu sözləri «İnter»lə oyundan sonra «Reqar-TadAZ»ın baş məşqçisi Əlişir Həbibullayev söyləyib. Bununla belə, o, komandasının oyunundan razı qaldığını deyib: «Məqsədimiz qrupdan çıxmaq idi, onu da etdik. Mən «İnter»in ədalətsizliyindən narazı qaldım. Onlar «fair-play» qaydalarına əməl etmədilər. Futbolçumuz zədələnsə də, oyunu davam etdirdilər. Oyunları isə yüksək səviyyədə idi».


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi