"Zirə"də ciddi itki

"Zirə"də ciddi itki
XƏBƏR 19 Dekabr 2018 / 13:55 1208
-  A +

"Zirə"nin kapitanı Anar Nəzirov ölkə kubokunun 1/4 final mərhələsinin "Səbail"lə cavab oyununu buraxacaq.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Təcrübəli qolkiper ilk görüşdə olduğu kimi, bugünkü qarşılaşmada da zədə səbəbindən forma geyinə bilməyəcək. Onun əvəzinə qapını Kamal Bayramov qoruyacaq.

Qeyd edək ki, "Səbail" - "Zirə" oyunu saat 16:00-da başlayacaq. İlk görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha çox


Son xəbərlər