Onların bir qələminizə belə ehtiyacı var!

Onların bir qələminizə belə ehtiyacı var!
XƏBƏR 17 Dekabr 2018 / 18:42 1980
-  A +

İstanbulun “Beşiktaş” komandasının Azərbaycandakı azarkeşləri kənd məktəblərinə yardım kampaniyası təşkil edib.

Qol.az-ın məlumatına görə, kampaniya çərçivəsində ölkənin ucqar bölgələrində yaşayan azyaşlılara humanitar yardım edilməsi nəzərdə tutulub.

Bu il ikinci dəfə təşkil olunan yardım kampaniyasında toplanan vəsaitlər cəbhə bölgəsinə aparılacaq. “Beşiktaş”lılar Ağdamda yaşayan məktəbliləri müxtəlif dərs, geyim və oyun ləvazimatları ilə təmin etmək niyyətindədir. Kampaniyanın ümumi məqsədi isə imkansızlıq səbəbilə təhsildən uzaq qalan azyaşlılara imkan daxilində töhfə verməkdir.

İanələr, əsasən, sosial şəbəkələr vasitəsilə toplanır. Yardım etmək istəyənlər feysbukda “Kənd məktəblərinə yardım” qrupuna müraciət edərək öz yardımlarını cəbhə bölgəsinə göndərə bilərlər.

Qeyd edək ki, “Beşiktaş”ın könüllü qrupu kampaniya çərçivəsində bu ilin aprel ayında ilk yardımı Daşkəsən rayonunun Şahvələdli kənd ümumi orta məktəbində və kənd ətrafındakı bütün tədris yerlərində oxuyan ibtidai sinif şagirdlərinə edib.


Son xəbərlər