İsko "Mançester Siti"dən təklif gözləyir

İsko "Mançester Siti"dən təklif gözləyir
DÜNYA FUTBOLU 5 Dekabr 2018 / 20:30 2560
-  A +

"Real"ın futbolçusu İsko "Mançester Siti"yə transfer olunmaq istəyir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi Madrid klubundan ayrılmaq istəyi ilə bağlı fikrini komanda yoldaşlarına bildirib. İskonun "Siti"dən rəsmi təklif gələcəyi təqdirdə, "Real"dan ayrılmağa hazır olduğu vurğulanıb.

Qeyd edək ki, İsko ilə "kral klubu"nun baş məşqçisi Santyaqo Solari arasında  münasibətlərin yaxşı olmadığı iddia olunur. S.Solari hesab edir ki, ispan oyunçu pis formadadır.


Son xəbərlər