“Messi başını divara vurmağa başladı” – Di Mariya

“Messi başını divara vurmağa başladı” – Di Mariya
DÜNYA FUTBOLU 5 Dekabr 2018 / 19:06 5062
-  A +

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya Argentina millisinin heyətində ötən yay Rusiyada keçirilən dünya çempionatındakı uğursuz çıxışlarını xatırlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, mundialda qrupdan çətinliklə çıxdıqlarını və 1/8 finalda mübarizəni dayandırdıqlarını söyləyən 30 yaşlı futbolçu yığmanın kapitanı Lionel Messi haqda da danışıb:

“Dünya çempionatında  məğlub olduqdan sonra Messi paltardəyişmə otağına getdi və başını divara vurmağa başladı. Çox əsəbi və məyus idi. Məncə, o, yenidən milli komandaya qayıdacaq”.

Qeyd edək ki, Argentina millisi DÇ-nin  1/8  finalında son çempion Fransa millisinə 3:4 hesabı ilə məğlub olaraq yarışı tərk etmişdi.


Son xəbərlər